Yolu keçən piyadanı maşın vurdu

11:25 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.

 

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.