Yoluxanların sayı artdı - 287 nəfər

14:45 24.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552 test aparılıb.

Oxunma sayı 264