Yük avtomobili yanıb

20:24 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda yük avtomobili yanıb

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Belə ki, "AVİA" markalı yük avtomobilində (soyuducu avtomobili) 1 ədəd kondisioner yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.