Yuliya Navalnaya ekstremistlərin reyestrinə daxil edilib

17:41 11.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rosfinmonitorinq Yuliya Navalnayanı terrorçular və ekstremistlər siyahısına əlavə edib. Bu barədə idarənin rəsmi saytında məlumat verilib.

Departamentin reyestrində Aleksey Navalnının dul arvadının adı 9480-cidir. “Navalnaya Yuliya Borisovna, 24 iyul 1976-cı il təvəllüdlü, anadan olduğu yer Moskva”, - siyahıda deyilir.

İyulun 9-da Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə razılaşıb və Navalnayanın ekstremist icmada iştirak ittihamı ilə qiyabi həbs edilməsinə qərar verib.

Məhkəmənin qərarına əsasən, o, Rusiya ərazisinə gələn kimi iki ay müddətinə həbs olunacaq.

Məhkəmənin qərarı Daxili İşlər Nazirliyinin aprel ayında Yuliya Navalnayanın Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi çağırışları ilə bağlı açıqlamalarını araşdırmağa başlamasından sonra verilib. Dövlət Dumasının deputatı Andrey Alşevskix Aleksey Navalnının dul arvadı ilə bağlı sorğu ilə polisə müraciət edib. Yəqin ki, buna səbəb onun 2024-cü il fevralın sonunda Avropa Parlamentindəki çıxışı olub.

Ləman