Yunanıstan hərbçiləri AZƏRBAYCANLILARIN İDARƏ ETDİYİ GƏMİNİ ATƏŞƏ TUTDU

09:50 11.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Egey dənizinin şimalında - Bozcaada yaxınlığındakı beynəlxalq sularda üzən "Anatolian" gəmisi Yunanıstanın Sahil Təhlükəsizlik Qüvvələri tərəfindən atəşə tutulub.

Hafta.az-ın yazdığına görə, atəşə məruz qalan gəmi Komor bayrağı altında üzürmüş. Çanaqqalanın Bozcaada rayonundan 11 dəniz mili cənub-qərbdə yaşanan hadisədən sonra gəmi 18 nəfərlik heyəti ilə birlikdə Türkiyə sularına gəlib.

Türkiyə Sahil Təhlükəsizlik Komandanlığına aid 2 qayığın müşayiət etdiyi gəmi Çanaqqala boğazının "Karanlık" Limanında lövhər salıb.

Məlumatda deyilir ki, Yunanıstan tərəfindən atəşə məruz qalan gəminin batma təhlükəsiz ilə üzləşməsindən ehtiyyatlanan Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı dərhal hadisə yerinə iki qayıq göndərib. Yunanlar türk qayıqlarının gəldiyini görüb ərazidən uzaqlaşıblar. 

Araşdırma zamanı bəlli olub ki, gəminin 18 nəfərlik ekipaj heyətinin 5 üzvü Aərbaycan, qalan 6 nəfər Misir, 4 nəfər Somali və 3 nəfər Türkiyə vətəndaşıdır. Heyət üzvləri arasında ziyan çəkən olmayıb. Hazırda Çanaqqala Prokurorluğunun təlimatı ilə istintaq işləri aparılır. 

Siyasət rubrikasından digər xəbərlər