Yazını böyüt
Yazını kiçilt
Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatarın toqquşmasından sonra Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis istefa verib. Qəza bu gecə baş verib.
"Mən bunu xalqın xatirəsinə hörmətin minimal əlaməti kimi etməyi öz borcum hesab edirəm... və dövlətin və siyasi sistemin uzun müddətdir davam edən səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi özümə borc bilirəm", - Karamanlis bildirib.
Nazir qeyd edib ki, qəzanın baş verdiyi dəmir yolunun vəziyyəti “21-ci əsrə uyğun gəlmir”. “Üç il yarım ərzində biz vəziyyəti yaxşılaşdırmaq üçün bütün səyləri göstərmişik. Təəssüf ki, bu səylər qəzanın qarşısını almaq üçün kifayət etmədi”, - Kostas Karamanlis bildirib.