“Mənzillərin yuxarı və aşağı mərtəbələrində yaşamaq insan orqanizmi üçün zərərlidir”. Bu xəbərdarlığı Rusiyada bu məsələni araşdıran mütəxəssis həkim Yuliya Kovalenko verib.
Hafta.az-ın Gazeta.ru-ya istinadən yazdığına görə, Kovalenko, “İnsanın yaşadığı mərtəbə onun psixi və somatik sağlamlığına təsir edə bilər. Məsələn, ən aşağı mərtəbələrdə yaşayan insanlar ağciyər və tənəffüs sistemi xəstəliklərinə, zəifləmiş immunitet sisteminə, yuxarı mərtəbələrdə yaşayanlar isə ümumi narahatlıqlara daha çox meyllidirlər” deyib.
Həkim-mütəxəssis bildirib ki, aşağı mərtəbələrdə yaşayanların orqanizminə dəm qazı, aldehidlər, kükürd dioksid, karbohidrogenlər, ağır metallar və benzapirenlərin tənəffüs yolları ilə daxil olur, dəridə yerləşir, saç və paltar tərəfindən udulur. Bu da insanlarda tez-tez uzunmüddətli tənəffüs yolu infeksiyalarına və uzunmüddətli asteniyaya, tənəffüs yollarında zəifliyə səbəb olur.
Kovalenko hesab edir ki, yeddinci mərtəbədən yuxarı mənzillərdə yaşamaq sənaye müəssisələrindən çıxan tüstülərə, eləcə də elektromaqnit şüalarına məruz qaldığı üçün sağlamlığa zərərlidir.
Həkim xəbərdarlıq edib ki, çoxmərtəbəli mənzillərin yuxarı mərtəbələrində yaşamaq ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Kovalenko sağlamlıq üçün riskləri azaltmaq üçün üç və yeddinci mərtəbələr arasında yaşamağı tövsiyə edib.