Zabitimiz dəm qazından boğuldu 

14:13 15.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Hafta.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.

 
 

 

N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

 

Faktla bağlı araşdırma aparılır.