Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında olub -FOTO

16:42 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.

Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Siyasət rubrikasından digər xəbərlər