Yazını böyüt
Yazını kiçilt
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.
Hafta.az-ın məlumatına görə, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə həmçinin Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze iştirak edəcək.
Qeyd edək ki, ötən gün Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.