Yazını böyüt
Yazını kiçilt
Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a bildirilib.
Qeyd olunub ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb. Dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gediblər və meşəlik ərazidə yolu azıblar.