Zaqatalada taxıl sahəsi yanıb

19:47 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada taxıl sahəsində yanğın olub.

Hafta.az-ın məlumatına görə, rayonun Aşağı Çardaqlar kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın zamanı 9 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Yanğının genişlənərək bitişik biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Fakt bağlı araşdırma aparılır.

Oxunma sayı 583