Zaqatalada yanğın olub

17:57 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Muxax kəndində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin taxta atmaları və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,4 tonu, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb. Evin, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.