Zaqrebdə növbəti qızıl medal

21:30 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daha bir yunan-Roma güləşçimiz Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib.

Görüş 7:7 hesabı ilə başa çatıb, lakin xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.

Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.