Zəhərlənən tələbə qızların hamısı evə buraxılıb

14:20 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, 6 nəfər nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı.

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.