Zelenski: “Ukrayna Rusiyanın Xarkova qarşı terroruna konkret cavab hazırlayır...”

18:32 07.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Zelenski əmin edir ki, Ukrayna rus işğalçılarının Xarkova qarşı törətdiyi terrora konkret cavab hazırlayır.

Hafta.az “UNİAN”a istinadla  xəbər  verir ki, bu barədə dövlət başçısı Telegram-kanalında məlumat yayıb. Zelenski qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirski ilə əlaqə saxlayır. “Biz cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik və gələcək fəaliyyətlərimizi planlaşdırdıq”, - prezident vurğulayıb.

Bundan əlavə, müdafiə naziri Rustem Umerov sursatla bağlı vəziyyət barədə məlumat verib. “Biz əlimizdən gələni edirik ki, hər bir döyüş briqadasında dövləti müdafiə etmək üçün lazım olan hər şey olsun”, - deyə Zelenski vurğulayıb.