Zelenski onların dediklərini imzalayacaq - Medvedev

18:25 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqlara ehtiyacı olmayacaq - o, sadəcə onların dediklərini imzalamalıdır. Siyasətçi bu fikri öz Telegram kanalında bildirib.

Medvedevin sözlərinə görə, Ukrayna liderinin Rusiya tərəfi ilə danışıqlara getmək istəməməsi ilə bağlı bəyanatları yeni deyil, lakin Zelenski bir nüansda susur.

“O, heç bir danışıqlar aparmalı olmayacaq. Ona dediklərini imzalamalı olacaq "deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Siyasət rubrikasından digər xəbərlər