Zelenski Putinə meydan oxudu – VAXT VERDİ  

19:41 03.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri əks-hücuma və işğal olunmuş ərazilərin işğaldan azad edilməsinə hazırlaşır, ona görə də Rusiya qoşunları oranı tərk etməsələr, onlar məhv ediləcək. 

Hafta.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski  Rusiya işğalçılarının sakinlərə kütləvi işgəncə verdiyi Yaqodnoye kəndinə səfəri zamanı jurnalistlərə bildirib. 

O, Ukrayna ordusunun əks-hücuma hazır olacağını dəqiq deməsə də, Ukrayna silahlı qüvvələrinin buna hazır olduğunu əmin edib.

“Mən konkret şeylər haqqında danışmayacağam, çünki biz Rusiya hərbçilərinə öz metodlarımıza və işğaldan azad etmə addımlarımıza hazırlaşmaq imkanı verə bilmərik.  Amma biz bunu edəcəyik və onlar bunu bilməlidirlər. Onların oradan çıxmağa hələ vaxtları var, əks halda biz onları məhv edəcəyik”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər