Zəlzələdən 23 gün sonra dağıntılar altından sağ çıxarıldı - DÜNYA ŞOKDA

20:49 02.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünya 23 gündən sonra dağıntılar altından sağ çıxarılan Aleks adlı itdən danışır: Bu, həqiqətən möcüzədir.

Dünya tarixinin ən böyük zəlzələlərindən birini yaşamış Türkiyə üçün səfərbər edilib. Bir çox ölkə bu çətin dövrdə Türkiyənin yanında olarkən, 23-cü gündə dağıntılar altından xilas edilən Aleks adlı it dünya mətbuatında geniş yer alıb.

Fəlakətin 23-cü günündə dağıntılar altından xilas edilən 'Aleks' adlı it dünya mətbuatında geniş yer tapıb. Britaniyanın Daily Mail qəzeti “Həqiqətən möcüzədir” başlığı ilə oxucularının qarşısına çıxıb.
The New York Post yazıb ki, itin zəif səsi bölgədə müvəqqəti sığınacaq yaratmaq üçün kəşfiyyat qrupları tərəfindən eşidilib.

Al Monitor həftələrlə dağıntılar altında qalmasına baxmayaraq, Aleksin səhhətinin yaxşı olduğunu oxucuları ilə bölüşüb.

'Dağıntılar altında qalan it 23 gün sonra xilas edildi' başlığı ilə oxucularına təqdim edilən İngilis BBC, xilasetmə anının görüntülərini yayımlayıb.