Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcəyik - İRAN SƏFİRİNDƏN NÖVBƏTİ SƏRSƏMLƏMƏ

17:53 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu zamana qədər "Zəngəzur dəhlizi"nin açılmasına qarşı çıxdıqlarını açıq dillə bildirməkdən çəkinən Tehran təsmiləri bu məsələdəki niyyətlərini artıq gizlətmirlər. Açıq şəkildə Azərbaycanın maraqlarını təhdid edən, bölgənin inkişafında mühüm rol oynayacaq bu dəhlizə qarşı bütün vasitələrdən istifadə edəcəklərini deyirlər.

"Bir az hiylə var, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcək".

Hafta.az bildirir ki, bu hədyan açıqlama ilə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri çıxış edib.

O, Ermənistan və İranın təşəbbüslərlə çıxış edərək bu istiqamətdə işləməsinin "vacibliyini" qeyd edib. “Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq. Biz baxmalıyıq ki, hansı addımlar atılmalıdır, hansısa dəhlizin açılması üçün təşəbbüs gözləmək lazım deyil, sonra düşünməməliyik ki, hansı mövqedən çıxış edək və bunu ifadə edək. Biz buna imkan verməməliyik”, - deyə səfir bildirib.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinə qarşı Azərbaycanla sərhəddə iki hərbi təlim keçirib. Ermənistanı bu gün də silahlandırır. Molla rejiminin Azərbaycan qorxusu artıq Tehran rejiminin rəhbərliyinin yuxularına da "haram qatır".

Siyasət rubrikasından digər xəbərlər