Zəngilan şəhəri belə olacaq -VİDEO

10:37 20.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Üç il bundan öncə Zəngilan şəhəri öz azadlığına qovuşub.

Hafta.az xəbər verir ki, onun azad edildiyi tarix artıq şəhər günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. Təqdim olunan videoda bu şəhərin gələcək mənzərəsi əks olunur.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

 
Oxunma sayı 194