Zərdabda 1875,56 ton pambıq yığılıb

10:31 07.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

2019-ci ildə “MKT İK” MMC-nin Zərdab filialı ilə 342 istehsalçı arasında 1014 hektar üzrə, “P-Aqro” MMC-nin Zərdab filialı ilə 147 istehsalçı arasında 1250 hektar üzrə müqavilə bağlanılmış, rayon üzrə cəmi 2264 hektar sahədə pambıq əkilib.

Hafta.az-ın verdiyi xəbərə görə, 07 oktyabr 2019-cu il tarixədək rayon üzrə 2809,50 ton pambıq tədarük edilib. Onun 1779,62 tonu “MKT-İK” MMC, 1029,88 tonu “P Aqro” MMC tərəfindən tədarük edilib. Bu günədək cəmi 1875,56 ton, o cümlədən “MKT-İK” MMC üzrə 1101,38 ton, “P-Aqro” MMC üzrə 774,18 ton pambıq kombaynlarla yığılıb.