Zığ şosesində motosiklet maneəyə çırpıldı, ölən var 

14:38 26.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunun Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xətai rayonunun Zığ şossesində Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.