Adıyamanda zəlzələ baş verib

10:10 27.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ 5 bal gücündə Adıyaman vilayətinin Gölbaşı rayonunda baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.