Bugünkü valyuta hərracında tələb tam təmin edilib - AMB

15:27 19.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən hafta.az-a bildirilib ki, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.