“Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır” - Hikmət Hacıyev

10:32 19.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”.

Hafta.az xəbər verir ki, bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü, beynəlxalq hüquq bərpa edib:

“Üçtərəfli razılaşma çoxillik müharibəyə son qoyub. Yeni reallıqlar, perspektivlər yaranıb”.

Prezidentin köməkçisi iki ölkənin ekspertlərinin iclasını yüksək qiymətləndirib, ekspertlərin birgə akademik araşdırmalar və digər yöndə layihələr həyata keçirməsini zəruri sayıb.