Həcc zamanı ölənlərin sayı artıb

23:51 23.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həcc ziyarəti zamanı həlak olanların sayı 1100-ü ötüb.

 

Hafta.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.

 

Məlumata görə, ölənlərin 672-si misirlidir. Onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti edib.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.