Kürdə bir nəfər batdı

16:11 17.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.