“Mercedes” qadını vurub öldürdü

15:28 17.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan şəhərində “Mercedes” markalı avtomobil yolu keçən 20-25 yaşlı qadını vurub.

Dekabrın 16-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində Kürdəmir rayon sakini O.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.