Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur

16:13 13.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.

Bunu AZƏRTAC-a "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib. Həkimin sözlərinə görə, Yaqub Zurufçunun vəziyyətində baş verən dəyişiklik əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə ona hemodiyafiltrasiya - fasiləsiz böyrək əvəzedici terapiya başlanılıb.