"Azərbaycan Televiziyasının “Tariximizlə qürur duyuruq” layihəsinin ilk ekran əsəri olan, bədii təsvirləri süni intellekt vasitəsilə hazırlanan “Sultan Həsən Bahadur” filminin istehsalı təxminən 3–4 ay çəkdi. Bu müddətə ssenarinin yazılması, obrazların hazırlanması, vizual təsvirlərin yaradılması, səsləndirmə və digər post-prodakşn işləri daxildir. Əgər bu filmi ənənəvi üsulla çəksəydik, ən azı bir il vaxt tələb olunardı".
Hafta.az xəbər verir ki, bunu açıqlamasında layihə rəhbəri Sərvər Bayramov deyib.
Bildirib ki, süni intellekt onlara həm vaxta, həm də maliyyə baxımından qənaət etməyə imkan verib:
"Hesab edirəm ki, bu texnologiya hələlik ənənəvi kinonu əvəz etmir, lakin gələcəkdə onun imkanları daha da genişlənərək kino sənayesinin inkişafında mühüm rol oynaya bilər".