“DREAM FEST” beynəlxalq musiqi festivalında çıxış etməyə hazırlaşan tanınmış estrada müğənnisi Ani Lorak Azərbaycana və Bakıya xüsusi sevgisini ifadə edib.
Hafta.az xəbər verir ki, sənətçi jurnalistlərə müsahibəsində bildirib ki, festival çərçivəsində ilk dəfə yeni “Obojayu” (“Обожаю”) mahnısını ictimaiyyət qarşısında təqdim edəcək.
“Bu gün “Dream Fest”də hamıya gözəl əhvali-ruhiyyə arzulayıram. Bir az həyəcanlıyam, çünki “Obojayu” mahnımı səhnədə ilk dəfə təqdim edəcəyəm. Tamaşaçılarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə müğənni bildirib.
Ani Lorak Bakını və Azərbaycan mətbəxini çox sevdiyini vurğulayıb.
“Bakını sevirəm, Azərbaycan mətbəxini çox sevirəm. Ən əsası isə burada yaşayan insanları sevirəm. Onlar çox səmimi, mehriban və qonaqpərvərdirlər. Təşəkkür edirəm”, – deyə o qeyd edib.
Müğənni Azərbaycanla yaradıcı əməkdaşlıqlar barədə də danışıb.
“Sabah səhnədə azərbaycanlı dəb dizayneri Rüfət İsmayılın hazırladığı libası geyinəcəyəm. O, mənim üçün çox gözəl kəlağayıdan libas hazırlayıb”, – deyə Ani Lorak əlavə edib./azertac/