​​​​​“Facebook” və “Instagram”da problem lokal deyil - RƏSMİ

22:16 05.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Hafta.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

***

Sosial şəbəkələrin işində yaranan qlobal problem aradan qaldırılıb.

Hafta.az xəbər verir ki, “Facebook”un fəaliyyəti bərpa edilib.

 

Belə ki, hazırda istifadəçilərin öz hesablarına daxil olması mümkündür.