Qəbələdə pilot layihə icra olunacaq

20:04 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Torpaqların konsolidasiyası mexanizminin yaradılması və Qəbələ rayonunun pilot layihə olaraq tətbiq edilməsi” mövzusunda müşavirə keçirilib.

Hafta.az bildirir ki, bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, müşavirə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin, Qəbələ Sudan İstifadəedənlər Birliyinin, pilot layihə ərazilərinə düşən kəndlərin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsi haqqında danışılıb.

Pilot layihələrin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, habelə ölkəmizdə torpaqların konsolidasiyası mexanizminin tətbiqi istiqamətində hüquqi, institusional və texniki məsələlər nəzərdən keçirilib.