Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatların xam neft hasilatı azalır.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 63 min barel azalaraq sutkada orta hesabla 13 milyon 798 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 117 min barel artaraq sutkalıq 5 milyon 806 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 368 min barel geriləyərək gündəlik 3 milyon 353 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 780 min barel olacağı gözlənilir.