"ABŞ Ukrayna ilə təhlükəsizlik məsələlərinin əsas hissəsini həll edib"

08:28 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı Ukrayna ilə məsələlərin əsas hissəsini həll edib, hazırda müzakirələr əsasən ərazi məsələsinə qayıdır.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News-a müsahibəsində deyib.

“Son nəticədə hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır - istər silahsızlaşdırılmış zona, istərsə də iqtisadi imkanlar zonası olsun. Çünki biz əsasən ukraynalılarla təhlükəsizlik zəmanətlərini razılaşdırmışıq. Düşünmürəm ki, ruslar buna etiraz etsinlər”, - deyə o bildirib.

Uitaker qeyd edib ki, ərazi aspektindən əlavə, atəşkəs və sülhün qorunması ilə bağlı məsələlər hələ də həllini tapmalıdır. “İnanıram ki, bu məsələlərin əksəriyyətini artıq həll etmişik”, — deyə o əlavə edib.