"Almaniyada ifrat sağçı partiyalar gənclərdən səs alır" - Professor Oğuzlu

09:15 25.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada fevralın 23-də keçirilən seçkinin qalibi sağ mərkəzçi Xristian Demokrat İttifaqı (XDİ) olub və onun lideri Fridrix Merz 28 faiz səs toplayaraq böyük qələbə qazanıb.

Hafta.az-ın yazdığına görə, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20 faiz səs toplayıb. Seçki nəticələrində ifrat sağçıların kritik yüksəlişi diqqət çəkib. Solçu Die Linke Partiyası son dəqiqə sosial media kampaniyası ilə yüzdə 8 səs toplayaraq təəccüblü bir uğur əldə edib. Bütün bunlar bəllidir, bəs seçkilərin nəticələrini xaricdən necə oxunmalıdır?

Xarici Siyasət İnstitutunun Elmi Şurasının sədri, professor Tarık Oğuzlu həm sağ, həm də sol partiyaların səs nisbətlərinin artdığına işarə edib. Oğuzlu, “Sağ partiyaların artmasının səbəbi kimlik və mədəni siyasət yürütmələridir. O, düşünür ki, alman cəmiyyəti əcnəbilərin olması səbəbindən çürüməkdədir. Bunun əksinə olaraq AfD ənənəvi alman kimliyini gündəmə gətirir”.

Bütün dünyada ifrat sağçıların oxşar siyasət yürütərək yüksəlişdə olduğunu qeyd edən Oğuzlu, “Donald Tramp da Amerikada oxşar siyasət yürüdür. AfD anti-immiqrant siyasətinə çox sərmayə qoyub” deyib.

Oğuzlu, ictimaiyyəti ifrat sağa çevirməkdə anti-immiqrant siyasətlə yanaşı, İlon Maskın seçki öncəsi AfD tərəfdarı olması və dünyanın müxtəlif ölkələrində baş verən hadisələr kimi amillərin təsirli ola biləcəyinə diqqət çəkib.

Solçu Dai Linke Partiyasının səs nisbətinin artmasına bərabərsizliyə qarşı siyasətlərin həyata keçirilməsindən və iqtisadiyyatın gedişindən təsirləndiyini bildirən Oğuzlu, partiyaların seçici bazasına da toxunub: “Sol partiyalar almanların rifah səviyyəsinin aşağı düşməsinə diqqət çəkir və bunu tənqid edirlər. İqtisadi siyasətlərindən səs qazandıqlarını görürük. Mərkəzi partiyalar orta yaş və daha qocalardan səs alarkən, ifrat sağçı partiyalar gənclərdən səs alır. Gənclər gələcəyin pis olacağını düşünürlər”.

Professor qeyd edib ki, bu, sağ mərkəzçi və sol partiyaların legitimliyini qorumaq üçün son şansıdır. Yeni koalisiya qurulmalı və insanların problemlərini həll edəcək həll yolları hazırlanmalıdır. “Problemlərin həlli tapılmasa, AfD hətta təkbaşına hakimiyyətə gələ bilər. Biz bunun nümunəsini Fransada gördük. Le Pen 40 faiz səs toplayıb. Partiyalar insanların problemlərinin həlli yollarını tapmalıdır”, - o deyib.