Yazını böyüt
Yazını kiçilt
"Türkmən partiyaları seçki vaxtı qurduqları koalisiya çərçivəsində birgə fəaliyyət yürüdürlər".
Bu barədə Hafta.az-a müsahibəsində kürd silahlı qüvvələrinin Kərkükü işğal edə biləcəyinə dair söyləntilərə cavab verərkən İraq Türkmən Haqq Partiyasının sədr müavini Sami Kolsuz deyib.
"Bu günlərdə koalisiyanın sədri Bağdadda vacib görüşlər keçirərək, türkmənlərin narahatlığını və gözləntilərini əlaqədar orqanlara çatdırmaqdadır. Məsələ bu cür olduğu halda, kimlərsə prosesin təhlükəli həddə çatdığını iddia edərək, sanki hər şeyin olub-bittiyini isbatlamağa çalışırlar. Bunu niyə edirlər, özlərindən soruşmaq lazımdır", - iraqlı türkmən siyasətçi bildirib.