"Avropa İttifaqı sülh prosesində fəal iştirak edir" - Peter Mixalko

11:06 15.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Aropa İttifaqı Cənubi Qafqazın sülh və sabitliyin mövcud olduğu regiona çevrilməsi üçün çalışır və bu prosesində fəal iştirak edir".

Hafta.az-ın yazdığına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

P.Mixalko Aropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin şəxsi təşəbbüsü və fəal iştirakı ilə üçtərəfli görüşlərin keçirildiyini xatırladıb:

“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün səylərimizi davam etdirəcəyik. Bu prosesə rəqabət kimi baxmaq doğru deyil və biz çağırış edirik ki, iki ölkə arasında normallaşma prosesində iştirak edən digər ölkələr də yekunda uğurlu nəticənin əldə olunması üçün çalışsınlar. Ümid edirik ki, bu strukturlaşdırılmış proses sülhün əldə olunmasına gətirib çıxaracaq və çıxarmalıdır. Biz mütəmadi və davamlı qaydada işləyəcəyik ki, nəticələr əldə olunsun". 

Diplomat bu səhər Kəlbəcərdə daha 8 nəfərin minaya düşməsi və hətta onlardan 1-nin həlak olması xəbərini eşidib təəssüfləndiyini də qeyd edib. "Bu cür halların qarşını almaq üçün Avropa İttifaqı Azərbaycan ərazilərinin minadan təmizlənməsinə dəstək verir. Minadan söz açmışkən, bu həm də Birliyə daxil olan 27 ölkənin ayrı-ayrılıqda Azərbaycana dəstəyi deməkdir", - səfiri qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər