"Avtobus qəzası nəticəsində xəsarət alan vətəndaşımızın müalicəsi davam edir" - Baş konsul

16:18 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, dekabrın 18-də axşam saatlarında Türkiyənin şərqində avtobus qəzasına düşən vətəndaşlarımızın birinin vəziyyəti ağır olaraq qalmaqdadır.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev bildirib ki, Şərur rayonunun Oğlanqala kənd sakini, 1964-cü il təvəllüdlü Niyazova Surə Xəlil qızı Qars Qafqaz Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun sağalması üçün bütün imkanlardan istifadə olunur.