"Azərbaycan düyünün 66 faizini Hindistandan idxal edir" - Səfir

15:35 15.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Basmati düyüsünün təbliği məqsədilə Hindistanın ölkəmizdəki Səfirliyi Hindistanın Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA) ilə birlikdə Azərbaycana Basmati düyüsü ixrac edən 7 aparıcı şirkətin iştirakı ilə onlayn alıcı-satıcı görüşü təşkil edib.

Hafta.az yazır ki, Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna alıcı-satıcı görüşünü açaraq iki ölkə arasında inkişaf etməkdə olan olan iqtisadi əməkdaşlıqdan danışıb, Azərbaycanın ümumi düyü idxalının 66 faizdən çoxunu təmin edərək Hindistanın Azərbaycana düyü ixracında birinci yeri saxladığını bildirib. APEDA-nın sədri M.Angamutu, Basmati düyüsünün müxtəlif növlərinin Azərbaycana idxal olunan məhsullar sırasında ən seviləni olduğunu qeyd edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası baş katibinin müavini Fuad Hümbətov Hindistanın Azərbaycanda ən böyük düyü ixracatçısı olduğunu bildirib və hindistanlı ixracatçıları Azərbaycanda gələcək imkanları araşdırmağa dəvət edib.

Onlayn görüş zamanı Hindistanın 7 basmati ixracatçısının, "Supple Tek Industries Private Limited" (Pəncab); "KRBL Limited" (Dehli); "D.D. International Pvt. Limited" (Pəncab); "Shiv Shakti Inter Globe Exports Pvt. Limited" (Haryana); "Tanna Agro Impex Pvt. Limited" (Maharaştra); "L.T. Foods Limited" (Delhi) və "GRM Overseas Limited" (Haryana) şirkətlərinin nümayəndələri öz şirkət və məhsullarına aid təqdimatlar edib. Virtual görüşdə Azərbaycandan idxalçıları və Hindistandan ixracatçıları təmsil edən təxminən 45 şəxs iştirak edb. Tədbir zamanı Hindistanın düyü ixracatçıları və Azərbaycanın düyü idxalçılarının siyahısının yer aldığı elektron kataloq buraxılıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi düyü idxalının 66 faizini qarşılayan Hindistan, Azərbaycanın əsas düyü idxalı mənbəsi olmaqda davam edir. 2019-cu ildə Hindistanın Azərbaycana düyü ixracı 28,3 milyon dollar dəyərində olub ki, bu da ölkənin ümumi düyü idxalının 73 faizdən çoxunu deməkdir. Müvafiq olaraq 2017 və 2018-ci illərdə 66,4 faiz və 73,1 faizlə Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəsi olub.

1985-ci ildə Hindistan hökümət təşkilatı olaraq yaradılmış Kənd Təsərrüfatı və Emal Edilmiş Qida Məhsullarının İxracının İnkişafı Qurumu (APEDA), planlaşdırılmış məhsulların inkişafı istiqamətində maddi yardım, informasiya və təlimatlar verir. Qurum həmçinin, planlaşdırılmış məhsulların standartlarını və spesifikasiyalarını müəyyən edir, həmin məhsulların qablaşdırılmasını və marketinqini təkmilləşdirir, məhsulların keyfiyyətinin təmin olunması məqsədilə baxış keçirir, həmin məhsullarla əlaqəli sənaye sahələrinin müxtəlif aspektləri üzrə təlimlər keçir, tədqiqatlar, texniki-iqtisadi əsaslandırma işləri aparır, fabrik və müəssisələrin sahiblərindən stastik məlumatlar toplayır və bu statistikaları nəşr etdirir.

Oxunma sayı 907