"Regional Şərq Tərəfdaçlıq playforması ilə əməkdaşlığa 2019-cu ildə başladıq. Bu nüddət pandemiya dövrünə təsadüf etsə də, qarşımızdakı əngəlləri aşaraq böyük işlər görə bilmişik. Bu 3 il ərzində aidiyyəti tərəflərlə səmərəki əməkdaşlıq etmişik".
Hafta.az xəbər verir ki, bu sözləri Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Pol Kelli deyib. O qeyd edib ki, Azərbaycan xarici ticarətdə 6,5 faiz inkişaf əldə edib və burada Aİ-nin rolu da böyükdür. "Ən sevindirici hal odur ki, Azərbaycanın xarici ticarətinin 37 faizi Aİ ölkələrinin payına düşür. Burada gön-dəri, meyvə-tərəvəz, zəfəran və sair əsas rol oynayır", - deyib cənab Kelli.
P.Kelli bildirib ki, ticarətin uğurlu olması üçün bazar imkanlarının olması çox vacibdir və onkar bu vazarı tapmaqda yardımçı olurlar. "Bu məqsədlə ingilis və Azırbaycan dillərində elektron baza yaradılıb" deyən Kelli əlavə edib ki,
hazırda biznes tədqiqat keçirirlər. "Tədqiqatın nəticələrini Azərbaycan tərəfə çatdıracağıq. Meyvə-tərəvəz məhsullarına dair məlumatlar da çatdırılacaq ki, Azərbaycandakı partnyorlarımız hansı məhsulları ixrac edəcəklərini bilsinlər", - deyib cənab Kelli.