"Azərbaycanın ixracatının yarısı Aİ ölkələrinin payına düşür" - Crtomir-Peter Fisinger

11:10 10.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ticarətə Dəstək Platforması Beynəlxalq Ticarət Təşkilatı ilə birlikdə proqramlar həyata keçirir. Yaxın vaxtlarda Praqada Şərq Tərəfdaşllq Platfornasının iclası keçiriləcək. Məqsəd Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlıq Platformasına üzv ölkələrə yardım etməkdir".

Hafta.az xəbər verir ki, Bunu Avropa İttifaqının ölləmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Crtomir-Peter Fisinger deyib.

Cəbab Fisinfer bildirib ki, Şərq Tərəfdaşlığı Platforması Azərbaycanla əlaqələri davam etdirir. O qeyd edib ki, hətta bəzi üzv ölkələrin Aİ-na üzvlüyü də gündəmdədir. "Ai Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bizdəki məlumata görə Azərbaycanın ixracatının yarısı Aİ ölkələrinin payına düşür. Xüsusilə də fındığın əsas hissəsi Aİ ölkələrinə ixrac edilir", - cənab Fisinger deyib.