"Azercell" abunəçiləri üçün Ukraynaya edilən pulsuz zənglərin müddəti uzadılıb

13:10 02.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı hərbi vəziyyətlə əlaqədar "Azercell" abunəçiləri üçün Azərbaycan-Ukrayna istiqamətində edilən ödənişsiz telefon zənglərinin müddəti 6 mart saat 23:59-dək uzadılıb.

Hafta.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, zənglərin maksimum müddəti 3 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, operator tərəfindən bu xidmətin müddəti ilkin olaraq fevral ayının 27-dən mart ayının 2-dək nəzərdə tutulurdu.