"Azeri Light" ucuzlaşdı

10:29 21.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,45 ABŞ dolları və ya 0,67% azalaraq, 67,17 dollar/barel təşkil edib.

Bu barədə hafta.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 dollar və ya 0,74% ucuzlaşaraq 65,87 dollar təşkil edib.