"Azeri Light" ucuzlaşdı

11:13 23.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,62 ABŞ dolları və ya 0,92% azalaraq, 66,65 dollar/barel təşkil edib.

Bu barədə hafta.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,61 dollar və ya 0,92% ucuzlaşaraq 65,34 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,82 dollar və ya 1,56% azalaraq, 51,61 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dataa6% azalaraq 64,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.