Yazını böyüt
Yazını kiçilt
"Bərabər davranış, bərabər imkanlar və ayrıseçkiliyə yol verilməməsi, cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir".
Hafta.az yazır ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas incəsənət və yaradıcı özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunmuş tədbirdə deyib.
Səfirin sözlərinə görə, maneə və qərəz olduqda isəhəm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır. Ona görə də texniki və peşə təhsili və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin tətbiqi və inkişafı vacibdir.