Hərbçimiz vəfat etdi - FOTO

17:50 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu dünyasını dəyişib.

Hafta.az Unikal-a istinadla xəbər verir ki, hərbçimiz Ramiq Elxan oğlu Kərimov xidmətdən kənar vaxtda yüksək arterial təzyiq nəticəsində beyninə qan sızması səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Müdafiə Nazirliyi faktı təsdiqləyib.