Sosial şəbəkələrdə homoseksual oğlanların nişan mərasimi xeyli müzakirə olundu. Bəzi istifadəçilər qinasa da, böyük əksəriyyət “bu onun azad seçimidir” deyib onları qınayanları topa, gülləyə tutdular. Bəs belə halların artması cəmiyyət üçün nə vəd edir?

Sosioloq Əhməd Qəşəmoğlu hafta.az-a açıqlamasında dedi ki, burada əxlaqi- mənəvi məsələlərin rolu çox böyükdür:
“İlk baxışdan bu aydın görünmür. Araşdırmalar göstərir ki, bu kimi halların çoxalmasının səbəblərindən biri insanlar pornoqrafiq filmlərdəki, sosial şəbəkələrdəki filmlərin təsiri altına düşməsidir. İnsanda o hissin meydana gəlməsi vaxtı anormal münasibətdə olurlar. İnsanların cinsin oriantasiyasının formalaşmasına güclü təsir edir. Ona görə lap qədimdən mənəvi dəyərlər üçün dini kitabların da üstünlüyü var idi. İnsanların əxlaq formalaşmasına ciddi təsir edirdi. İndi isə hər şey bir-birinə qarışıb. Necə meydana gəlir, hansı şəkildə bətnə düşür. Hansı qidaların təsiri var bu məsələ çox qarışıq məsələdir. Digər tərəfdən isə bəzi qüvvələr vardır ki, bu cür insanların artmasına meyilldirilər. Çalışırlar meydan daha onların ixtiyarına verilsin. Buna müxtəlif qidalar və dərmanlar vasitəsi ilə müdaxilə edirlər. Bəzi insanlar düşünür ki, yer üzündə insanlar artır. Bunun qarşısını almaq üçün yollar budur. Bircinsili evlilikləri populyarlaşdıraq, nəsil artıb çoxalmasın. Sadəcə bir-biri ilə əylənsinlər. Bu nöqsanlı nəzəriyədir. Bu insanlar xəstədir. Onun müalicəsi yoxdursa, ona təklif vermək çətindir. Amma çalışmaq lazımdır qarşısı alınsın. İnsanların cəlb edən bu kimi formaları populyar etmək lazım deyil. Avropada başqacür yanaşırlar. Amma nəticədə cəmiyyətdə əxlaqı pozuntu yaradırsa belə insanlar çox yaranırsa bunun qarşısını almaq lazımdır. Bunu bir ölkə qarşısını ala bilməz. Beynəlxalq səviyyədə proqramlar olmalıdır. Bir ölkə ilə nəyisə dəyişmək, qadağa qoymaq problemi həll etmək mümkün deyil. 50 illə müqayisədə belə hallar artıb. Artıq hərəkə keçmək lazımdır. Biz də ölkəmizdə bunun qarşısını almaq üçün tədbirlər görməliyik. Ən azında maarifləndirmə aparmalıyıq. Ancaq görünən odur ki, heç bir iş aparılmır”.
