Ukraynanın Berlindəki səfiri Oleksiy Makeyev bildirib ki, ölkəsi Almaniyadan əsas döyüş tanklarının çatdırılmasını gözləyir.
Hafta.az-ın yazdığına görə, səfir bu barədə “Funke”yə müsahibəsində bildirib. O qeyd edib ki, “Leopard 2"nin Almaniyadan birbaşa Ukraynaya tədarükü ilə bağlı qərarın veriləcəyinə ümid etməyə əsasları var.
"Bu məqsədlə federal hökumətlə danışıqlar aparılır. Bizə bu döyüş tankları çox lazımdır", - deyib Makeyev.
"Rusiyanı təxribata çəkmək istəmədiyimiz barədə danışmağı dayandırmağın vaxtı çatıb. Başqa nə ola bilər, daha nə qədər Bux, Mariupol və ya İzyumov hadisələri, xarabaya çervilmiş kənd və şəhərlər, kütləvi məzarlıqlar olmalıdır?" deyən səfir Makeyevin sözlərinə görə, Almaniya IRIS-T raketdən müdafiə sisteminin təhvil verilməsi ilə artıq “liderlik nümayiş etdirib”.
"Biz digər silah sistemlərində də bu liderlik roluna güvənirik. Bunlar "Leopard", "Marder", "Füchse" və "Dingo" kimi əsas döyüş tankları və zirehli texnikalardır" deyən Makeyev vurğulayıb ki, Ukraynanın məqsədi müharibədə qalib gəlməkdir. "Son səkkiz ildə biz başa düşdük ki, Rusiya ilə danışıqlar sülhə aparmır. Bizə vasitəçilər yox, müttəfiqlər lazımdır. Qərb bir komanda kimi hərəkət etməlidir və biz bu işdə olan hər şeydən istifadə etməyi bacarmalıyıq", - səfir bildirib.
Xəbər verdiyimiz kimi, Niderland Ukraynaya 120 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb ki, bunun da 45 milyonu "T-72" tanklarının tədarükü üçün nəzərdə tutulub.